525ci qəzet Bir ay əvvəl Qarabağa uduzmuşdular, dünən çempion oldular

02.12.2024

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Norveçin yüksək futbol liqasında 2024-cü ilin çempionu müəyyənləşib.

QOL.az xəbər verir ki, sonuncu - 30-cu turun matçında "Bodo-Qlimt" evdə "Lillestrem"lə qarşılaşıb. Görüş Bodo təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində xalını 62-ya yüksəldən Hyetil Knutsenin komandası çempionluğu təmin edib.

Bu, onların ümumilikdə və ardıcıl 4-cü çempionluğu olub.

İkinci yeri 59 xalla "Brann", üçüncü yeri isə 57 xalla "Vikinq" tutub. 

Xatırladaq ki, "Bodo-Qlimt" bu mövsüm Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olub. Noyabrın 7-də keçirilən oyunda Ağdam təmsilçisi həmin komandanı səfərdə 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью