Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” (AAM) şirkəti “Gədəbəy” yatağında filiz emalı güclərinin fəaliyyətini tam həcmdə bərpa edib.
525.az bu barədə "Report"-a istinadən xəbər verir. “Gədəbəy mədənində flotasiya qurğusu normal fəaliyyətini bərpa edib.
Eyni zamanda, emal üçün həm ehtiyatdakı filiz, həm də əsas açıq karxanadan təzə çıxarılan filizdən istifadə olunur”, - məlumatda qeyd edilib.
Bildirilir ki, 2024-cü ilin sentyabr ayında qələvi üsulu ilə filizlərin emalı zavodu yenidən işə salınıb.
“Beləliklə, Gədəbəydə bütün emal müəssisələri tam fəaliyyətini bərpa edib.
Bu, şirkətə tam istehsal gücünə qayıtmağa və 2028-ci ilə qədər orta səviyyəli çox aktiv mis və qızıl istehsalçısına çevrilməyə imkan verir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 2024-2028-ci illəri əhatə edən inkişaf strategiyası çərçivəsində ardıcıl olaraq 4 yeni mədən – “Gilar”, “Xarxar”, “Qaradağ” və “Zəfər” istismara veriləcək.