525ci qəzet Bu il 27 700dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

27.11.2024

Icma.az bildirir, 525.az portalına istinadən.

2024-cü ilin yanvar-oktyabr aylarında 27 700-dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

525.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edilib ki, onların 69,24%-ni kişilər, 30,76%-ni isə qadınlar təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью