525ci qəzet Bu, Orconikidzenin mesajıdır” Kobaxidze | Icma.az
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət nümayəndələrinin Brüsselə konkret tələblə
525.az xəbər verir ki, hökumət rəhbəri həmin müraciəti bolşevik dövrünün xadimi Serqo Orconikidzenin Moskvaya göndərdiyi müraciətlə müqayisə
“Serqo Orconikidzenin bir əsr əvvəl Moskvaya göndərdiyi məşhur mesajı xatırlayırsınızmı.
Bu, Orconikidzenin mesajıdır, lakin Moskvaya deyil, indiki halda Brüsselə”, - Kobaxidze bildirib.
Hökumət başçısı müxalifətin Avropa İttifaqına qarşı əsas tələblərini sadalayıb ki, onlardan biri də Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin dayandırılmasıdır.
Onun sözlərinə görə, müxalifət məktubunda Aİ-dən Gürcüstanın quruma daxil olması prosesinin hökumətin keçirdiyi parlament seçkiləri ilə əlaqədar dayandırıldığını açıq şəkildə bildirməyi xahiş edib: “Bu, onların irəli sürdükləri ilk tələbdir, nə çox, nə də az, onlar Aİ ilə dövlət qurumları və hakimiyyət orqanları arasında əlaqənin dayandırılmasını tələb ediblər.
Həmçinin 120 milyon dollar məbləğində maliyyələşmənin dayandırılmasını, bu vəsaitin ölkəmizdəki agentlərini gücləndirmək üçün istifadə edilməsini tələb ediblər.
Radikal müxalifətin Brüsselə müraciət etdiyi üç əsas tələb bunlardır”.
Tam oxu
Xəbəri oxu