525ci qəzet Çinli qadın bir dəfəyə 9 uşaq dünyaya gətirəcək

19.11.2024

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

25 yaşlı Hou adlı qadın üzün müddət hamilə qalmadığı üçün həkimlərə müraciət edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, müalicə aldıqdan sonra nəhayət uşaq gözləyən xanımın müayinə zamanı üçəmi olduğu bilinib.

1 aydan sonra təkrar müayinə edilərkən həkimlər xeyli təəccübləniblər. Ultrasəs müayinəsi zamanı onun bətnində 8 dölün varlığı bəlli olub. Bu da son deyil. Cəmi bir neçə gün sonra döllərin sayı artıb. Bu dəfəki yoxlama gələcək ananın bətnində 9 uşağın olduğunu üzə çıxarıb.

Qeyd edək ki, qadının həyat yoldaşı sosial şəbəkə hesabında bu barədə paylaşım edərək 9 uşağa necə baxacağını bilmədiyini və "işə düşdüyünü" yazıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью