525ci qəzet COP29 Azərbaycan Əməliyyat Şirkəti ISO 20121 sertifikatı ilə təltif edilib | I…
Icma.az bildirir, 525.az saytına əsaslanaraq. Azərbaycanda ilk dəfə ISO 20121 - Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili sertifikatı əld
525.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən sertifikatın əldə edilməsinə dair COP29 Azərbaycan pavilyonunda təltif
Mərasimdə UNFCCC rəsmiləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin rəhbərliyi və strateji podratçıların nümayəndələri iştirak edib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və audit prosesini aparmış “TÜV Austria” şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Zaur Fərzəliyev öz çıxışlarında bu sertifikatın əldə olunmasının əhəmiyyətini, bu nailiyyətdə komanda işinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlı tədbir idarəçiliyi prinsiplərinieffektiv şəkildə tətbiq etdiyi və bu prosesin uzunmüddətli təsirləri vurğulanıb.
Qeyd edək ki, Azərbaycan COP konfransları tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşüb.
Həmçinin, Azərbaycanda da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən əldə edilən bu sertifikat bir ilkdir.
Qeyd edək ki, Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili üzrə müvafiq ISO sertifikasiyanın audit prosesi yalnız tədbirdən öncəki hazırlıq müddətində deyil, tədbirin keçdiyi müddət ərzində də dəyərləndirilərək nominasiya olunur.
Tam oxu
Xəbəri oxu