525ci qəzet COP29 başa çatdı: tarixi qərarlar qəbul edildi | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclası keçirilib.
525.az xəbər verir ki, COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirib, heç kimin Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmədiyini, dünyanın gözünün COP-a fokuslandığını deyib.
O, yerdə qalan fikir ayrılıqları ilə bağlı fəal şəkildə işləməyi xahiş edib.
Sonra çıxış edən Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, ölkəsində keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır.
O qeyd edib ki, bunun baş verməsi üçün COP29-da aparılan müzakirələr zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, yekun razılaşma əldə etməli, gücümüzü birləşdirməliyik.
“Üzləşdiyimiz böhranı nəzərə alsaq, belə məsələlər təcili həll tələb edir.
Bu razılaşmanın əldə olunması yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılıdır.
Tam oxu
Xəbəri oxu