525ci qəzet Cüneyt Çakır Qarabağın oyununa gəlir

26.11.2024

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış futbol hakimi Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat alıb.

QOL.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli keçmiş referi UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Lion" (Fransa) matçının hakim-inspektoru olacaq.

Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos təyin edilib.

Xatırladaq ki, Çakır Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədridir.

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью