525ci qəzet Dehli məktəblərində bomba təhlükəsi

09.12.2024

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən axşam Hindistanın paytaxtı Dehlidə 40-dan çox məktəbə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bildirişlər naməlum şəxs və ya şəxslər tərəfindən məktəblərin elektron poçt ünvanlarına göndərilib.
Bütün məktubların mətni eynidir. Məktub müəllifləri məktəbə kiçik bomba qoyulduğunu, yaxşı gizlədildiyini bildirməklə yanaşı, 30 min dollar ödənilməyəcəyi təqdirdə partlayıcı qurğunu işə salacaqlarını bildirib.

Qeyd edək ki, polis bununla bağlı araşdırmaya başlayıb. Böyük ehtimalla xəbərlərin doğru olmadığını düşünən hüquq-mühafizə orqanlarının əməkdaşları hər ehtimala qarşı xəbərdarlıq alan məktəblər rəhbərlərinə şagirdlərin dərsdən azad olunmasını tələb ediblər.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью