525ci qəzet Di Mariya Messini geridə qoydu

28.11.2024

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Benfika"nın yarımmüdafiəçisi Anhel Di Mariya yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, o, Çempionlar Liqasında "Monako" ilə matçda (3:2) 2 qol ötürməsi verib. 

Nəticədə 36 yaşlı argentinalı Çempionlar Liqasında məhsuldar ötürmələrinin sayını 41-ə çatdırıb. O, bu göstəricidə Lionel Messini ötüb.

Di Mariyanı turnirin rekordunu təkrarlamaqdan yalnız 1 qol ötürməsi ayırır. Hazırda rekord Kriştiano Ronaldo və Rayan Giqqsə (42 qol ötürməsi) məxsusdur. 

Qeyd edək ki, bu mövsüm Di Maria 16 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью