525ci qəzet DSMFnin 2025ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilib

27.11.2024

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.

525.az xəbər verir ki, sənədi ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью