525ci qəzet Dünya bazarlarında neft bahalaşıb

15.01.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,16% artaraq 1 barelə görə 80,05 ABŞ dolları təşkil edib.

525.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,3% artaraq 1 barelə görə 76,6 ABŞ dollarına bərabər olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью