525ci qəzet ƏlCədid: Hizbullah sözçüsü İsrailin hücumu nəticəsində öldürülüb

17.11.2024

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hizbullah şiə təşkilatının informasiya xidmətinin rəhbəri Məhəmməd Afif Beyrutun mərkəzindəki Ras-ən-Nəba bölgəsinə İsrail hava hücumu nəticəsində öldürülüb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Livanın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, Afif Suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub və o, ən azı iki raket zərbəsinə məruz qalıb.

Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, üç mülki şəxs də yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью