525ci qəzet Elm layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir

20.11.2024

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir. Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir.

525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Biz elmi nəticəsi olan 100-dək alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara deyil, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olmalıdır. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək”.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью