525ci qəzet Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək 21.11.2024 [14:57] Çap et A+ A

21.11.2024

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 6-da Balakən şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri noyabrın 27-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью