525ci qəzet Elmar Baxşıyev: Futbolda bəzən belə olur

14.12.2024

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 17-ci turunda doğma meydanlarında "Sabah"a 0:1 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Maraqlı oyun alındı. Hər iki komanda meydanda ən yaxşısını etməyə çalışırdı. Oyundan məmnunam, komandam meydanda istədiyimi verməyə çalışdı. Futbolda bəzən belə də olur: üstün oynayırsan, qol epizodları yaradırsan, amma məğlub olursan. Bu oyunu unudub, qarşıdakı matçı fikirləşmək lazımdır. Oyun da göstərirdi ki, hansı komanda qol vursa, o da qələbə qazanacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью