525ci qəzet Əsəd və ailəsi Moskvada: Rusiya sığınacaq verdi

09.12.2024

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya mediası Əsəd və ailəsinin Moskvada olduğunu, Rusiya Əsəd və ailəsinə sığınacaq verdiyini yazır.

525.az xəbər verir ki, TASS-ın Kremldəki anonim mənbəyə istinadən verdiyi xəbərdə Rusiyanın Əsədə sığınacaq verdiyi bildirilib.

Xəbərdə Moskvaya gələrək sığınacaq istəyən Əsəd və ailəsinə humanitar əsaslarla sığınacaq verildiyi vurğulanıb.

Rusiya rəsmilərinin Suriyadakı Rusiya hərbi bazaları və diplomatik qurumlarının təhlükəsizliyi ilə bağlı Suriyadakı müxalifət nümayəndələri ilə təmasda olduğu da qeyd edilib.

Malik Atilay 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью