525ci qəzet Fransa Çaddan hərbi təyyarələrini çıxardı

11.12.2024

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çad hökümətinin Fransaya məxsus hərbi kontingentin ölkədən çıxarılması barədə tələbindən sonra ilk olaraq qırıcılar bu ölkəni tərk ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, illərdir Çadda yerləşən Fransa hərbi bazası hissə-hissə bu ölkədən çıxacaq.

Artıq, 2 "Mirage 2000D" qırıcısı Ncamenadakı bazanı tərk edib. 

Qeyd edək ki, noyabrın sonlarında Çad hökuməti Fransa ilə hərbi sahədə bağlanılmış müqavilədən birtəfərli imtina etdiyini açıqlamış və Fransa qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb etmişdi.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью