525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa” Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması prosedurunu başlatmaq üçün yenidən müraciət edib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Müraciət Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, deputatlar müvafiq qətnaməni noyabrın 28-də təqdim etməyi planlaşdırırlar.
Xatırladaq ki, bu partiyanın nümayəndələri payızın əvvəlində oxşar təklif irəli sürmüşdülər, lakin sonradan bu təklif rədd edilmişdi. Təşəbbüs ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq prezidentin hakimiyyətdən kənarlaşdırılması prosedurunu nəzərdə tutur.