525ci qəzet Fransada təyyarə qəzası

27.12.2024

Icma.az, 525.az saytına istinadən bildirir.

Brindas şəhərinin aeroportundan havaya qalxan kiçik mühərrikli təyyarə az sonra yerə çırpılıb və yanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya səbəb uçuş zolağının qısalığı göstərilir.

"Lion-Brindas" hava limanının uçuş zolağının uzunluğu cəmi 438 metrdir.

Qəza zamanı təyyarədə 2 nəfər olub və onlar yanğın başlamamış təyyarəni tərk etməyə macal tapıblar.

Qeyd edək ki, yanğın təyyarəni tamamilə məhv edib. Yalnız qanadların bir hissəsi və şassi salamat qalıb.

L. Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью