525ci qəzet Fransada yeni Baş nazir təyinatı

13.12.2024

Icma.az bildirir, 525.az portalına istinadən.

Fransa prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin yeni Baş naziri təyin edib.

525.az xəbər verir ki, bu barədə “Les Echos” qəzeti yazıb.

Bayrunu Makronun çoxdankı müttəfiqi kimi təqdim edən nəşr onu sağçılarla solçular arasında körpü adlandırıb.

Qeyd edək ki, Fransanın əvvəlki Baş naziri Mişel Barnye vəzifədə üç aydan az qalıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью