525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Bələdçi” layihəsi çərçivəsində İsmayıllı rayonunda təlim proqramı təşkil olunub.
525.az xəbər verir ki, 4 regionda 100-dən artıq gənci əhatə etməsi planlanan layihənin ilk mərhələsi 23-26 noyabr tarixləri aralığında İsmayıllı şəhərində baş tutub.
25 nəfər gəncin iştirakı ilə 4 gün müddətində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində praktiki sessiyalar təşkil olunub, “Ekoturizm”, “bələdçilik”, “ekoturlar üçün marketinq strategiyalarının və multimedia hesablarından məqsədyönlü istifadə”, “tur planlanması” mövzularında təlimlər keçirilib.
Gənclərin “ekoturizmtəşəbbüslərinin” dəstəklənməsi məqsədi ilə mentorluq proqramı qurulub və layihənin davamlılığı təmin edilib.
Gənclərin Azərbaycan Turizm Agentliyi və Məşğulluq Agentliyinin regional nümayəndələri ilə görüşü təşkil olunub.
Regionlarda turizm potensialı, görülən işlər, gənclərin bilik və bacarığının artırılması, özünəməşğullu proqramları haqqında müzakirələr aparılıb, “Gənc bələdçi”ləri maraqlandıran suallar cavablandırılıb.
“Gənc Bələdçi” layihəsinin İsmayıllı rayonunda son günü bağlanış mərasimi keçirilib.