525ci qəzet Gəncə ilə tanışlıq Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında çox məlumat verdi Səfir

11.12.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

"Gəncənin ən ecazkar yerlərini, o cümlədən Nizami Gəncəvi, İmamzadə və Cavad Xan məqbərələrini, Xan Bağını, Şah Abbas məscidini, və unikal Şüşə Ev-Muzeyini görmək inanılmaz bir təcrübə oldu".

525.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Gəncəyə səfəri ilə bağlı paylaşımda deyilir.

Təəssüratlarını bölüşən diplomat deyib ki, bunlarla tanışlıq Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında daha çox məlumat verdi:

"Həqiqətən də unudulmaz təəssüratlar yaşadıq!"

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib. O, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью