525.az saytına istinadən Icma.az xəbər verir. Artıq 10 gündən çoxdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının T
COP29 çərçivəsində yüzlərlə görüşlər, əhəmiyyətli tədbir və müzakirələr keçirilib.
Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəsmi saytında “COP29-un gündəliyi” adlı bölmə yaradılıb.
525.az-a Kitabxanadan bildirilib ki, bölmədə xronoloji ardıcıllıqla COP29 çərçivəsində keçirilən görüşlərin, tədbirlərin internet məkanında olan keçidlər toplanıb.
Tam mətnlərə əsaslanan bu keçidlərdən ibarət olan elektron resurslar bazasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-la əlaqədar keçirdiyi bütün görüşləri və çıxışları yer alıb.
Kitabxananın rəsmi saytında yerləşdirilən resurslar bazasına https://ryl.az/activity/COP_gundelik əlavələrin davam etdirilməsi irəliləyən günlərdə də nəzərdə tutulur.
“COP29-un gündəliyi” ilə yanaşı, kitabxananın rəsmi saytında olan “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazası da öz fəaliyyətini davam etdirir.
Bu bazada indiyədək 180-dən çox məqalənin tam mətni yerləşdirilib.