525ci qəzet Görkəmli aktyor A.M.Şərifzadənin faciəli ölümü Nəsiman Yaqublunun yazısı | Icm…
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Nəsiman YAQUBLUtarix elmləri doktoru ...Çoxları ilə söhbət etmişəm.
O dövrü görmüş, yaşamış adamların çoxu etiraf edib ki, camaat teatra Abbas Mirzənin adına gəlirdilər.
Teatrın ən şöhrətli aktyoru idi Abbas Mirzə Şərifzadə. Onun oynadığı rollar da əvəzsiz idi.
Və şübhəsiz ki, 1930-cu illərdəki teatrımızdan danışanda üç böyük dramaturqun da adı çəkilməlidir: Şekspir, Cavid, Cabbarlı.
Hər üç sənətkarın yaratdığı obrazları günəş kimi parladan isə Abbas Mirzə Şərifzadə idi.
Abbas Mirzə Şərifzadənin oynadığı rollar da böyük idi, o dövrdə tamaşaya qoyulan əsərlər də.
Şekspirin, Cavidin əsərləri səhnəni silkələyirdi. Və böyük əsərlərin olduğu yerdə nəhəng aktyorlar da yetişməliydi.
Abbas Mirzənin aktyorluğa olan həvəsi lap cavan yaşlarından başlayıb.
Tam oxu
Xəbəri oxu