525ci qəzet Gürcüstan prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib

05.12.2024

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan prezidenti Salome Zurabişvili Ukraynanın dövlət başçısı Vladimir Zelenskiyə hakim “Gürcü arzusu” partiyasının üzvlərinə qarşı tətbiq olunan sanksiyalara görə təşəkkür edib.

525.az xəbər verir ki, Zurabişvili bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Daha yaxşısı deyə bilməzdim. Təşəkkür, Vladimir”, - deyə Gürcüstan prezidenti paylaşım edib.

Xatırladaq ki, Zelenski ölkədəki etiraz aksiyaları və toqquşmalara görə 19 gürcü siyasətçiyə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb. Siyahıda “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, ölkənin Baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Tbilisinin meri Kaxa Kaladze və digərləri yer alıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью