525ci qəzet Hakerlər elektron poçt vasitəsilə Lamborghini oğurladılar

19.11.2024

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də hakerlər elektron poçt vasitəsilə məşhur beysbolçu Kris Brayanta məxsus "Lamborghini Huracan"ı ələ keçiriblər.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, "Colorado Rockies"in üzvü olan Brayant idman avtomobilini Las-Veqasa göndərmək üçün şirkətlərin biri ilə müqavilə bağlayıb.

Lakin göstərilən vaxta Las-Veqasda olmalı olan avtomobil yoxa çıxıb. Məlum olub ki, hakerlər şirkətin elektron poçtuna daxil olaraq təyinat nöqtəsini dəyişib və avtomobilə sahibləniblər.

Polis videogörüntülər sayəsində "Lamborghi"ni tapıb və Brayanta qaytarıb.

Qeyd edək ki, oğrular polis tərəfindən saxlanılıb. Araşdırma zamanı onların bu yolla daha 2 avtomobil oğurladığı məlum olub.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью