525ci qəzet Hesablama Palatası: SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq

18.11.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnozun artırılmasının səbəbi məlum olub.

525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, artım Dövlət Neft Şirkətinin (SOCAR) dividend ödənişi üzrə proqnozun 54 milyon manat və yaxud 13,2 % artırılaraq 462 milyon manata çatdırılması ilə bağlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью