525ci qəzet Hindistanda adi hala çevrilən faciə

04.12.2024

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Hindistanın Telenqana ştatında pələnglərin səbəb olduğu növbəti faciə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən cümə pələng Qannaram kəndi yaxınlığında 21 yaşlı qızı parçalayıb.

Hadisə Morle Lakşmi adlı gəncin yaxınlarının gözü qarşısında baş verib. Pambıq yığan Morleyə pələng hücum edib. Digər insanlar səs-küy salaraq vəhşini qorxutmağa çalışsalar da, pələng şikarını meşəlik əraziyə apara bilib. Hadisə yerinə çağırılan meşə təsərrüfatı nazirliyinin əməkdaşları bir neçə saat sonra qızın qalıqlarını aşkarlayıblar.

Qeyd edək ki, bundan sonra kəndlilər və mərhumun yaxınları meşə təsərrüfatı idarəsinin qarşısında dinc aksiya keçiriblər. Onlar cavabdeh qurumlardan vəhşi heyvanların insanlara və ev heyvanlarına hücumunun qarşısını almaq üçün tədbirlər görməyi tələb ediblər.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью