525ci qəzet Husilər PUAlarla TəlƏviv və Aşkelonu vurub

17.11.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsraildə Təl-Əvivin Yaffa bölgəsində və Aşkelon şəhərindəki hədəflərə zərbələr endirib.

525.az APA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.

“Hava qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Yaffa və Aşkelon bölgələrində İsrail düşməninin bir sıra hərbi və mühüm obyektlərinə zərbələr endirərək hərbi əməliyyat keçirib”, - üsyançılara aid “Telegram” kanalında yayılan bəyanatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью