525.az saytına istinadən Icma.az xəbər verir.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın bu ölkədəki səfiri Nəsir Məmmədovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib.
"İraq Prezidenti tərəfindən vida görüşü üçün qəbul edilməkdən şərəf duyuram. Mövcud və daim inkişaf edən Azərbaycan-İraq münasibətləri ilə bağlı yenidən fikir mübadiləsi aparmaqdan məmnun oldum", - səfir qeyd edib.
Xatırladaq ki, dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İraqdakı səfir Nəsir Məmmədovun geri çağırılması ilə bağlı Sərəncam imzalayıb.