525ci qəzet ISESCO Şuşa irsinin qiymətləndirməsi işlərinə başlayıb

05.12.2024

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ISESCO Şuşadakı irsin qiymətləndirilməsi üçün işlərə başlayıb.

525.az xəbər verir ki, bunu ISESCO-nun İnsan və Sosial Elmlər Sektorunun Rəhbəri Ramata Almamy Mbaye Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın "Mədəni irsin qorunması və bərpası" adlı panel sessiyasında deyib.

O deyib ki, mədəni irsin qorunması və mühafizəsi üçün zaman yetişib:

"Xüsusilə münaqişə dövrlərində onları qorumaq lazımdır. Bu irs xalqları bir araya gətirərək şövq edən varlıqdır. Azərbaycanın ev sahibliyi etdiyi COP29-da da bu təşəbbüslə ISESCO çıxış etdi".

Onun sözlərinə görə, ISESCO son zamanlar Şuşadakı irsin qiymətləndirilməsi üçün işlərə başlayıb:

"Bu irsin islam dünyası üçün nə qədər dəyərli olub-olmamasını qiymətləndirmək lazımdır. Burada həmçinin ədalətin bərqərar edilməsindən söhbət gedir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью