525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya hüquq-mühafizə orqanları ölkəyə dronla narkotik maddə daşıyan bandanın üzvlərini həbs edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.
Narkotacirlərin istifadə etdikləri dronlar Ukrayna istehsalıdı. Hər dronun 50 km məsafəyə 10 kq-a yaxın narkotik maddə daşımaq imkanı var. Narkotik maddələr Mərakeşdən gətirildiyindən dronlar eniş etmədən bağlamaları İspaniya ərazisinə ataraq geri dönə bilirmişlər.
Qeyd edək ki, polis qruplaşmanın 10 üzvünü həbs edib, 3 dron, xeyli narkotik maddə və pul müsadirə olunub.
L.Tağıyeva