525ci qəzet İsrail Suriya ordusunun mövqelərinə hücum edib

10.12.2024

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Suriya ordusunun Aralıq dənizi sahilindəki Latakiya şəhərindəki mövqelərinə hücum edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hücumlar Suriya ordusunun Saqubein, Əl-Müşairifə ərazilərindəki obyektlərinə və Latakiya limanına yönəlib.

Qeyd edək ki, Qətərin “Əl-cəzirə” telekanalı daha əvvəl İsrail hərbi təyyarələrinin Suriyanın cənubundakı silah anbarına hücum etdiyini bildirib.

Məlumata görə, Dəməşqdən 70 km cənubda, Dəraa vilayətində yerləşən İzra şəhəri yaxınlığında Suriya ordusuna məxsus silah anbarı bombalanıb. Hava hücumu bir sıra partlayışlarla müşayiət olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью