525ci qəzet İtaliyada neft emalı zavodunda partlayış Ölənlərin sayı 5ə yüksəlib | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın Florensiya yaxınlığındakı ENI enerji şirkətinə məxsus neft emalı zavodunda dünən baş verən partlayışda itən daha 3 nəfərin cansız cəsədinin tapılması ilə ölənlərin sayının 5-ə yüksəldiyi bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Florensiya yaxınlığındakı Kalenzano qəsəbəsindəki ENI neft emalı zavodunda dünən səhər saatlarında baş verən şiddətli partlayışda həyatını itirənlərin sayı artıb.
Partlayışdan sonra davam edən axtarış-xilasetmə işləri zamanı itkin düşən 3 nəfərin cəsədi tapılıb.
Partlayışda yaralananların sayının 26 olduğu açıqlanıb. Kalenzano qəsəbəsinin tabe olduğu Toskana Regional Hökumətinin sədri Eugenio Giani a
Giani təbii fəlakətdə həlak olanların xatirəsinə sabah bölgələrində matəm elan etdiklərini bildirib.
Prato Respublika Prokurorluğu da hadisə ilə bağlı başlatdığı istintaq çərçivəsində partlayışın necə baş verdiyini müəyyən etmək üçün neft emalı zavodunda araşdırmalar aparıb.
Mətbuatda yer alan hadisə şahidlərinin ifadələrinə görə, partlayış yanacaq çənlərinin yaxınlığındakı sızmanın qığılcımla təmas etməsi nəticəsində baş vermiş ola bilər.
Tam oxu
Xəbəri oxu