Icma.az, 525.az portalına istinadən məlumat verir. “Neftçi” Kilan Lebonla yollarını ayırıb.
525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Neftçi” futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.