525ci qəzet Konyak 5 nəfərin ölümünə səbəb oldu

29.12.2024

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Özbəkistanın Əndican vilayətində 5 nəfər konyakdan zəhərlənərək həyatını itirib.

525.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 22 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 5-i həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Məlum olub ki, zəhərlənənlərin hamısı yerli istehsal olan "Uzbekistan" konyakı qəbul ediblər.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью