525ci qəzet KostaRikada təyyarə qəzası 5 nəfər öldü | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünən Kosta-Rikanın San-Xose əyalətində sərnişin təyyarəsi qəzaya uğrayıb.525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Eskasu adlandırılan dağlıq ərazidə baş verib.
Kiçik mühərrikli təyyarədə 6 nəfər olub. Ərazinin dağlıq və cəngəllik olması, üstəlik yağışlı hava şəraiti xilasedicilərin işini çətinləşdir
6 nəfərdən 5-i həlak olub, 1 qadın sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Yeri gəlmişkən, 6 nəfərin 5-i 1 ailənin üzvü olub. Pilot və 4 ailə üzvündən yalnız 1 nəfər sağ qalıb. 6-cı şəxs isə pilot köməkçisi imiş.
Qeyd edək ki, hadisənin baş vermə səbəbi hələlik dəqiq məlum deyil. Ehtimal ki, yağışlı və dumanlı hava faciəyə səbəb olub.
L.Tağıyeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu