525ci qəzet Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

27.11.2024

Icma.az bildirir, 525.az portalına istinadən.

Milli Hidrometeorologiya Xidməti noyabrın 28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə 525.az-a Xidmətdən məlumat verilib.

Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Kəlbəcər, Mingəçevir, Gədəbəy, Goranboy, Samux, Şəmkir, Naftalan, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью