525ci qəzet LaManş boğazında 85 miqrant batmaqdan xilas olunub

06.12.2024

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Fransanın sahil-mühafizə xidməti La-Manş boğazını qanunsuz keçməyə cəhd edən və batma təhlükəsi ilə üzləşən 85 miqrantı xilas edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, miqrantlar 2 qayıqla boğazın Pa-de-Kale adlandırılan hissəsindən Böyük Britaniyaya keçməyə cəhd ediblər.

Birində 80, digərində 5 miqrant olan 2 qayığın aşması insanları ölümlə üz-üzə qoyub. Qanunsuz keçiddən vaxtında xəbər tutan sahil-mühafizə xidmətinin əməkdaşları onları xilas edərək, polisin müşayiəti ilə Bulon-sür-Merə aparıblar. Burada onlara ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, statistik göstəricilərə görə, 2023-cü ildə La-Manşı 30 min miqrant qanunsuz keçib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью