525ci qəzet Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar məsuliyyətə cəlb olunub

11.12.2024

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində üç mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokollar tərtib olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью