525ci qəzet Lerikdə ikimərtəbəli ev yanıb

11.12.2024

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Lerikdə ikimərtəbəli ev yanıb.

525.az-a bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Tikəband kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 70 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə və damına yığılan 5 ton ot bağlamaları yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью