525ci qəzet Lukaşenko 20dən çox hərbçinin rütbəsini ləğv etdi

19.11.2024

Icma.az bildirir, 525.az portalına istinadən.

Belarus prezidenti Aleksandr Lukaşenko 21 hərbçi və hüquq-mühafizə orqanı əməkdaşının rütbəsini əlindən alıb.

525.az Belarus mətbuatına istinadən xəbər verir ki, buna səbəb onların 2020-ci ildə keçirilən etiraz aksiyalarında rütbə və statuslarına zidd fəaliyyətləri olub.

Sərəncamın digər detalları barədə məlumat verilmir.

Qeyd edək ki, 2020-ci ildə Belarusda hökümət əleyhinə geniş aksiya keçirilmişdi. Aksiya iştirakçılarının 3 əsas tələbi var idi: siyasi məhbusların azad olunması, prezident Lukaşenkonun istefası və yeni dövlət başçısının seçilməsi. Aşkar lideri olmayan aksiya iştirakçılarının etirazları tədricən zəifləyərək bir müddət sonra başa çatmışdı.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью