525ci qəzet Makron Polşa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

09.12.2024

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron dekabrın 12-də Varşavaya səfər edəcək.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Wyborcza" qəzeti məlumat yayıb.

Məlumata görə, Makron Polşanın Baş naziri Donald Tusk və Prezident Andjey Duda ilə görüşəcək.

Diplomatik mənbələr danışıqların gündəliyində Ukraynadakı vəziyyətin prioritet olacağını bildiriblər. Makron Polşa rəhbərliyinə ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə keçirdiyi görüşlər barədə məlumat verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью