525ci qəzet Malayziyada daşqınlar 150 mindən çox insan təxliyə edilib

04.12.2024

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Malayziyada musson yağışlarının yaratdığı daşqınlar səbəbindən 150 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, həddindən artıq yağışın səbəb olduğu sel və torpaq sürüşmələri başda Kelantan əyaləti olmaqla bir çox bölgədə həyatı iflic edib.

Malayziya boyu daşqınlar səbəbindən təhlükəsiz bölgələrə təxliyə edilənlərin sayı 152 mini keçib. Daşqından ən çox zərər çəkən Kelantan əyalətində 96 mindən çox insan təxliyə edilib.

Səlahiyyətlilər Malayziyanın beş böyük çayında suyun səviyyəsinin "təhlükəli" səviyyədə olduğunu bildiriblər.

Milli Fəlakətlərin İdarə Olunması Agentliyi 7 ştatda güclü yağışların daşqın və torpaq sürüşməsinə səbəb olduğunu və ilkin məlumatlara görə 3 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, noyabr ayında başlayan və mart ayına qədər davam edən musson yağışları səbəbindən Malayziyanın bir çox bölgəsində tez-tez daşqınlar və torpaq sürüşmələri baş verir.

Malik Atilay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью