525ci qəzet Maliyyə naziri: Dövlət müəssisələri səhmlərini satmaqla kapital cəlb edir

19.11.2024

Icma.az, 525.az saytına istinadən bildirir.

Azərbaycanda bir sıra dövlət müəssisələrinin öz səhmlərini əhaliyə təklif etməsi prosesi gedir.

525.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.

"Bu yolla yeni səhmdarlar, dolayısı ilə kapital cəlb edilir", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, hazırda dövlət büdcəsinə dividend ödənişi ilə bağlı öhdəliyin böyük hissəsi Dövlət Neft Şirkətinin (SOCAR) və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin üzərinə qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью