525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada Paris-Lion sürət qatarının maşinisti qatar hərəkətdə olarkən özünü kabinədən atıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Paris yaxınlığındakı Muaznedə baş verib.
Hərəkət zamanı qatarda 400-dən çox sərnişin olub. Maşinistsiz qalan qatarda avtomatik əyləc sistemi işə düşüb. Hadisə ilə bağlı açıqlama verən Fransanın nəqliyyat naziri Filipp Tabato məhz bunun böyük faciənin qarşısını aldığını söyləyib.
Maşinistə gəldikdə isə, ağır xəsarətlər alan kişi hadisə yerində ölüb.
L.Tağıyeva