525ci qəzet Mbappe: Messiyə qəzəblənmişdim

09.12.2024

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappe DÇ-2022-nin finalından danışıb.

QOL.az xəbər verir ki, mundialın həlledici matçının əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış, penaltilər seriyasında Argentina Fransanı üstələmişdi.

Mbappe isə bu finaldan sonra Argentina millisinin kapitanı Lionel Messiyə qəzbləndiyini deyib: 

“Dünya çempionatından sonra Messiyə qəzəbləndim. Amma Messiyə həmişə hörmət etməlisiniz. Çünki o, Messidir. İkimiz də gülərək aramızdakı buzları qırdıq. Finalla bağlı hələ də xatirələrimiz var. Düşünürəm ki, bu matç bizi daha da yaxınlaşdırdı”.

Qeyd edək ki, 2021-2023-cü illərdə Messi və Mbappe eyni komandada - PSJ-də oynayıblar. Messi 2023-cü ildə "İnter Mayami"yə, Mbappe isə bu yay "Real"a keçib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью