525ci qəzet Məktəbə gözyaşardıcı qaz buraxdılar, 44 məktəbli zərər gördü

03.12.2024

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Berlində naməlum şəxsin məktəbə gözyaşardıcı qaz buraxması nəticəsində 44 şagird zərər görüb.

525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, onlardan 22-i xəstəxanaya yerləşdirilib, 1 uşağın vəziyyəti ağırdır.

Zərərçəkmişlərin hamısı gözlərinin yaşarmasından və nəfəs yollarının qıcıqlanmasından şikayətləniblər.

Qeyd edək ki, yerli polis baş vermiş insidentlə başlı araşdırma aparır. Hələlik hadisəni törədənin şəxsiyyəti müəyyənləşdirilməyib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью