525ci qəzet “Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq

07.12.2024

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq.

525.az-a teatrdan bildirilib ki, səhnə əsəri alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanıb.

Birhissəli monotamaşada rolu Əməkdar artist Şövqi Hüseynov canlandıracaq. Psixoloji dram janrında qurulan tamaşanın bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.

“Mən Feyerbaxam” zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, bu problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью